AZ

ABŞ-ın bu addımını “əxlaqsız” adlandırdı

Kuba prezidenti Migel Dias-Kanel ABŞ administrasiyasının üçüncü ölkələrin Kubaya neft ixracını qadağan edən 1 may tarixli icra sərəncamına kəskin reaksiya verib.

Musavat.com xəbər verir ki, o, X hesabında sərəncamı “əxlaqsız, cinayətkar və qanunsuz” adlandırıb: "ABŞ-ın Kubaya yanacaq satmaq istəyən üçüncü ölkələri təqib edən və təhdid edən, ticarət və iqtisadi embarqosunu görünməmiş səviyyələrə qədər genişləndirən, Kubaya investisiya qoymaq və ya sadəcə bizi qida, dərman, gigiyena məhsulları və digər zəruri mallarla təmin etmək istəyən şirkətləri cəzalandıran icra sərəncamı əxlaqsız, qanunsuz və cinayətkardır. Kuba xalqına tətbiq edilən kollektiv cəza soyqırım aktıdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və günahkarlar məsuliyyətə cəlb edilməlidir".

Kuba prezidenti hqedy edib ki, "Kommunist Partiyasının, Kuba dövlətinin və hökumətinin rəhbərliyində və ya hərbi qurumlarında heç kimin ABŞ yurisdiksiyası altında qorunan aktivləri və ya əmlakı yoxdur”: "ABŞ hökuməti bunu çox yaxşı bilir; hətta sübutu belə yoxdur. Kuba əleyhinə nifrət ritorikası onların ümumi iqtisadi müharibəsinin şiddətlənməsini haqlı çıxarmaq üçün bu cür aktivlərin mövcud olduğu illüziyasını yaratmağa çalışır”.

Qeyd edək ki, 1 may tarixində ABŞ administrasiyası əlavə məhdudlaşdırıcı tədbirlər - Kubaya yanacaq tədarük etmək niyyətində olan ölkələrə enerji sektorunda ikinci dərəcəli sanksiyalar tətbiq edən sərəncam imzalayıb.

Mayın 18-də isə Vaşinqton Kubaya qarşı yeni sanksiyalar paketi qəbul edib. İki nazir, parlament spikeri və respublikanın kəşfiyyat agentliyi də daxil olmaqla bir neçə Kuba rəsmisi sanksiya siyahısına əlavə edilib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat verib. Kuba hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr