AZ

Ermənistan hücum silahlarını niyə artırır? - VİDEO

Baku TV-nin "Hərbi xronika" rubrikasının budəfəki buraxılışında Ermənistanın son hərbi modernizasiya prosesi və regionda dəyişən hərbi balans təhlil edilib.

Bildirilib ki, İrəvanda keçiriləcək hərbi parad ərəfəsində Fransa istehsalı olan CAESAR haubitsaları, Hindistanın "Pinaka" raket sistemləri və Çindən alınan "Wing Loong II" tipli zərbə PUA-ları diqqət mərkəzinə çevrilib. Ermənistanın paralel şəkildə Fransa, Hindistan və Çinlə hərbi əməkdaşlığı gücləndirdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, İrəvan yalnız silah almaqla kifayətlənmir, eyni zamanda raket və sursatların ölkə daxilində istehsalını da müzakirə edir. Bu isə uzunmüddətli hərbi hazırlıq və daha dayanıqlı təchizat modeli qurmaq cəhdi kimi qiymətləndirilib.

Vurğulanıb ki, müasir müharibələrdə əsas üstünlük artıq tank və canlı qüvvə ilə yox, sürətli kəşfiyyat, yüksək dəqiqlikli artilleriya, dronlar və "kill chain" adlanan inteqrasiya olunmuş döyüş sistemi ilə müəyyən olunur.

Bildirilib ki, Azərbaycan da paralel şəkildə artilleriya, HHM və uzaqmənzilli zərbə imkanlarını gücləndirir, "Bayraktar TB2", "Harop" və digər sistemlərlə çoxqatlı zərbə-kəşfiyyat arxitekturasını inkişaf etdirir.

Sonda qeyd olunub ki, regionda əsas yarış artıq "kimdə daha çox silah var" yox, "kim daha sürətli, ağıllı və şəbəkə əsaslı döyüşür" prinsipi üzərində qurulur.

Seçilən
42
far.az

1Mənbələr