AZ

Şahzadə Uilyam hersoqluq mülklərini satacaq

Uels şahzadəsinə ildə 20 milyon funt-sterlinqdən çox şəxsi gəlir gətirən Kornuoll hersoqluğu qarşıdakı 10 il ərzində mülklərinin 20 faizini satmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

Məlumata görə, əldə olunacaq 500 milyon funt-sterlinq əlçatan mənzil layihələri və ekoloji təşəbbüslər də daxil olmaqla yerli icmaların inkişafına yönəldiləcək.

Şahzadə bunun səbəblərini də açıqlayıb.

“Biz ənənəvi torpaq sahibləri deyilik... daha böyük məqsədlərimiz var. Çox faydalı işlər görə bilərik. Mən bu ərazilərdə yaşayan insanların həyatını yaxşılaşdıracaq məsələlərə üstünlük verməyə çalışıram”, – Uilyam bildirib.

Seçilən
29
publika.az

1Mənbələr