AZ

İran yazılı öhdəlik götürməlidir - Tramp

ABŞ İrandan Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bildirən yazılı öhdəlik götürməsini gözləyir.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib:  "Onların düşündüyü son şey nüvə silahları olmalıdır. İndi bunu yazılı şəkildə bildirməlidirlər".

Onun sözlərinə görə, ABŞ bu gün "İrana çox böyük bir hücuma" hazırlaşırdı. Ağ Ev rəhbəri qeyd edib ki, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və bir neçə başqa ölkə ABŞ-dan İranla razılaşmanın başqa bir versiyası müzakirə edildiyi üçün bu cür planları "bir müddət və ya ümid edirəm ki, əbədi olaraq" təxirə salmağı xahiş edib. O, belə bir razılaşmanın əldə edilməsi üçün yaxşı bir şansın olduğuna əminliyini ifadə edib.

Tramp hesab edir ki, Amerika tərəfi İranla hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlmək potensialına malikdir. O, qeyd edib ki, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələrin nümayəndələri İranla danışıqlar aparırlar: "Onlar hazırda birbaşa xalqımızla və İranla işləyirlər. Onların nəsə edə bilmə şansları çox yüksək görünür. Və əgər bunu İranı yerə bombalamadan edə bilsək, çox xoşbəxt olaram".

Musavat.com

Seçilən
44
34
musavat.com

10Mənbələr