AZ

Hörmüz boğazında gəmi hərəkəti artır: İran yeni nəzarət mexanizmi qurur

İran dövlət mediasının yaydığı məlumata görə, son günlər Hörmüz boğazından keçən yük və enerji daşıyan gəmilərin sayında artım müşahidə olunur. Bildirilir ki, ötən həftə ərzində İran İnqilab Keşikçiləri tərəfindən 30-dan çox gəminin boğazdan keçidinə icazə verilib.

News365.az xəbər verir ki, məlumatda qeyd olunur ki, keçid edən gəmilər arasında quru yük daşıyan nəqliyyat vasitələri ilə yanaşı, mayeləşdirilmiş neft qazı daşıyan tankerilər də yer alıb. Həmçinin Qətərdən Pakistana təbii qaz daşıyan gəminin də boğazdan keçdiyi bildirilib. Bununla da son müharibə dövründə bölgədən keçən mayeləşdirilmiş təbii qaz tankerilərinin sayı səkkizə yüksəlib.

Rəqəmlərə əsasən, martın əvvəlindən indiyədək Hörmüz boğazından ümumilikdə 663 yük gəmisinin keçidi qeydə alınıb. Bu isə həftəlik orta hesabla 55 gəmi deməkdir. Son tranzitlər arasında Çin, Oman və Yaponiyaya istiqamətlənən iri neft tankerilərinin də olduğu vurğulanır.

Dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının böyük hissəsi həyata keçirilir. Bundan əlavə, müxtəlif sənaye xammalları və gübrələrin daşınması da əsasən bu marşrut üzərindən aparılır.

İran rəsmiləri bildiriblər ki, bölgədəki gərginlik səbəbindən boğazda gəmi hərəkəti hələlik əvvəlki səviyyəyə qayıtmayacaq.

Bununla yanaşı, Tehran hökuməti Hörmüz boğazında nəzarəti gücləndirmək və tranzit ödənişlərini tənzimləmək məqsədilə yeni qurum yaratdığını açıqlayıb. İddialara görə, İran artıq bir müddətdir ki, bu sistem üzərində işləyir.

News365.az

Seçilən
21
news365.az

1Mənbələr