AZ

ABŞ Kubaya hərbi müdaxiləyə hazırlaşır

Tramp administrasiyası Havanadan sərt iqtisadi sanksiyalar və yanacaq blokadası yolu ilə güzəştlər əldə etmək cəhdlərinin uğursuz olmasından sonra Kubaya hərbi müdaxiləni nəzərdən keçirir.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən yazır. 

"İlkin düşüncə Kuba rəhbərliyinin zəif olması və sanksiyaların sərtləşdirilməsi, əsasən neft blokadası və ABŞ-nin Venesuela və İrandakı açıq hərbi qələbələrinin kubalıları razılığa gəlməyə məcbur edəcəyi idi", - mənbələrdən biri nəşrə deyib. 

Məlumata görə, İslam Respublikası ətrafında vəziyyət plana uyğun getməyib və Kuba hakimiyyəti gözləniləndən daha dözümlü olub. Bu da ABŞ planlarını pozub. "Politico"nun məlumatına görə, ABŞ ordusu bir neçə variantı nəzərdən keçirir. Bunlara Havanadan güzəştlər tələb etmək üçün təkbaşına hava hücumu, eləcə də Kuba rəhbərliyini devirmək məqsədi daşıyan quru hücumu daxildir.

Seçilən
12
1
unikal.az

2Mənbələr