AZ

Türk dünyası tarixində baş verənlər - 19 may

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-ci ilin aprel ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 3 milyon 623 min 93 nəfər olub.

Bu barədə TurkicWorld - ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 2 milyon 536 min 390 nəfər, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 1 milyon 86 min 703 nəfər təşkil edib.

2026-ci ilin aprel ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 42 min 710 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 26 min 376 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə artmayaraq, 16 min 333 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin aprel ayı ilə müqayisədə 7 faiz artaraq, 24 min 167 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 10 faiz artaraq, 16 min 568, beynəlxalq reyslər üzrə isə 2 faiz artaraq 7 min 599 olub.

2026-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 67 milyon 496 min 871 nəfər, yük daşınması isə 1 milyon 556 min 527 ton təşkil edib.

Seçilən
17
turkic.world

1Mənbələr