AZ

ABŞ G20 nazirlərini toplayacaq

ABŞ 30-31 oktyabr tarixlərində İyirmilik Qrupu (G20) xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək.

Musavat.com Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasına istinadən xəbər verir ki, Atlantada keçiriləcək görüşün məqsədi "qlobal sabitliyin və rifahın inkişaf etdirilməsi" olacaq.

Dövlət Departamentinin məlumatına görə, nazirlər "beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qlobal iqtisadi problemlərin həlli və açıq bazarların və dayanıqlı təchizat zəncirlərinin dəstəklənməsi" məsələlərini müzakirə edəcəklər.

ABŞ Dövlət Departamenti xatırladır ki, G20 sammiti 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhərində keçiriləcək.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr