AZ

Aydın Hüseynov: “Yağış bərəkət deməkdir, naşükürlük etməyək”

“WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin dünya dövlətləri arasında böyük nüfuza malik olduğundan xəbər verir və iqtisadi nailiyyətlərimizin göstəricisidir. Azərbaycanda keçirilən bütün tədbirlər çox yüksək səviyyədə təşkil olunur və gerçəkləşdirilir. WUF13-də 180-dən çox ölkənin təmsil olunması, 41 mindən çox iştirakçının qatılması tədbirin mahiyyətini yüksəldən böyük faktorlardan biridir. Xatırlayırsınızsa, COP29 tədbiri ərəfəsində də bu tədbiri boykot etməyə çağıranlar, Bakıda keçirilməsinə maneə törədənlər oldu. Bu da məlumdur ki, daim Azərbaycanı istəməyən, nailiyyətlərini qəbul edə bilməyən mərkəzlərin və dövlətlərin yerlərdə əlaltıları, dəyirmanlarına su tökənləri var. Yağış bolluq-bərəkət, təmizlik deməkdir. Daim quraqlıqdan, yağışların az olmasından şikayət edirdik. Bu da Allahın lütfüdür ki, yağışlar yağır, naşükürlük etməyək. Digər ölkələrdə qasırğalar, sunamilər, uçqunlar, zəlzələlər baş verir. Bunlarla müqayisədə yağış təbiətin ən yaxşı hadisəsidir. Təbii prosesdir ki, yağış yağırsa, yerdə su olmalıdır. Başqa nə olmalıdır ki?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, WUF13-ü gözdən salmaq istəyənlərin yerdəki əlaltıları xırda şeyləri, bəzi hallarda əvvəlki görüntüləri qabardırlar: “Bu gün WUF13 rəsmi fəaliyyətə başladı. Şəhər ahəngdarlıqla fəaliyyət göstərir. İştirakçılar da həmişə olduğu kimi, indi də məmnun qalacaqlar. Məmnun olmayanların, niyyətləri baş tutmayanların, Azərbaycanın nailiyyətlərini həzm edə bilməyənlərin əlaltıları məyus olacaqlar”.

 

Aytəkin Qardaşova

Tarix: 19 May 2026, 09:33   
Seçilən
8
pravda.az

1Mənbələr