AZ

ABŞ İranda hərbi əməliyyata 85 milyard dollardan çox vəsait xərcləyib

ABŞ-nin İranda həyata keçirdiyi hərbi əməliyyatın xərcləri 79 günlük döyüş ərzində 85 milyard dolları ötüb. Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Bu hesablamalar Pentaqonun 10 mart tarixində ABŞ Konqresi üçün keçirdiyi brifinqə əsaslanır. Həmin brifinqdə bildirilmişdi ki, Yaxın Şərqdə döyüşlərin ilk altı günü ərzində Vaşinqton 11,3 milyard dollar xərcləyib və münaqişənin hər növbəti günü üçün əlavə 1 milyard dollar xərcləməyi planlaşdırır.

Resursun hesablamalarına görə, bu məqsədlər üçün çəkilən xərclər ABŞ müdafiə nazirinin maliyyə məsələləri üzrə səlahiyyətlərini icra edən Culs Herstin daha əvvəl açıqladığı rəqəmdən təxminən üç dəfə çoxdur. O, Konqresin Nümayəndələr Palatasının Assiqnasiyalar Komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun İrana qarşı hərbi əməliyyata təxminən 29 milyard dollar xərclədiyini bildirmişdi.

ABŞ və İsrail İrana qarşı müharibəyə 28 fevralda başlayıb. 7 aprel tarixində Ağ Ev rəhbəri Donald Tramp İran İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Tehranın məlumatına görə, 40 günlük müharibə ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub. 11 apreldə Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsalar da, tərəflər münaqişənin uzunmüddətli nizamlanması məsələsində mövcud ziddiyyətlər səbəbindən razılığa gələ bilməyiblər.

21 apreldə Donald Tramp İranla atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və öz maraqlarına uyğun davranacaq.

Seçilən
4
banker.az

1Mənbələr