AZ

Ermənistan ilk dəfə öz istehsalı olan silahları İXRAC ETDİ

Ermənistan tarixində ilk dəfə olaraq öz layihələndirilməsi və istehsalı olan silahları ixrac edib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, sözügedən məhsullar bu ay ərzində iki fərqli ölkəyə ixrac olunub və müqavilələrin ümumi dəyəri bir neçə milyon dollar təşkil edir.

Bununla belə, nazir göndərilən silahların çeşidini və onların hansı dövlətlərə ixrac edildiyini açıqlamayıb.

Ermənistan rəsmisi onu da əlavə edib ki, bu müqaviləni "logistik xarakterli çoxsaylı problem və maneələri dəf edərək" reallaşdırmaq mümkün olub.

Musavat.com

Attachment

Seçilən
15
1
musavat.com

2Mənbələr