AZ

UN-Habitat rəhbəri: Mənzil siyasəti torpaq idarəçiliyi və şəhərsalma islahatları ilə birlikdə aparılmalıdır

“Mənzil siyasəti torpaq idarəçiliyi və şəhərsalma islahatları ilə birlikdə aparılmalıdır”.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” (The Global Housing Crisis – What’s the Plan?) adlı dialoq sessiyasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

Onun sözlərinə görə, dünyada təhlükəsiz içməli suya çıxışı olmayan 2 milyard, sanitariya xidmətlərindən məhrum olan isə 3 milyarddan çox insan var: “Eyni zamanda, torpaq mülkiyyəti hüquqlarının zəif qorunması milyonlarla ailəni köçürülmə və məcburi çıxarılma riski ilə üz-üzə qoyur”.

Anaklaudia Rossbax bildirib ki, 2050-ci ilə qədər dünya şəhərlərinin əhalisi daha 2 milyard nəfər artacaq və bu artımın əsas hissəsi Asiya və Afrika ölkələrinin payına düşəcək.

UN-Habitat rəhbəri qeyd edib ki, qlobal mənzil böhranının vahid həlli yoxdur və problemin aradan qaldırılması üçün müxtəlif həll elementləri bir araya gətirilməlidir. Onun fikrincə, mənzil siyasəti kompleks yanaşma tələb edir və hüquqi, torpaq idarəçiliyi və şəhərsalma islahatları ilə inteqrasiya olunmalıdır.

Anaklaudia Rossbax vurğulayıb ki, qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması və torpaq idarəçiliyinin gücləndirilməsi mənzil böhranının həllində əsas prioritetlərdən biridir.

Seçilən
31
2
apa.az

3Mənbələr