AZ

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda

Stolüstü tennisçilər Özbəkistanda keçirilən daha bir beynəlxalq yarışa qatılıblar.

Apasport.az xəbər verir ki, Daşkənddə təşkil olunan “WTT Youth Contender” turnirində bir gümüş, iki bürünc mükafata layiq görülən komandamızın növbəti sınağı Andijan şəhərindədir.

Burada Özbəkistanın məşhur stolüstü tennisçisi Rafik Şiriyevin xatirəsinə həsr olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək.

Gənclərdən ibarət milli komandaların baş məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Yağmur Məmmədli, Yasəmən Həbibova, Mehin Mirzəbalayeva, Banu İmanverdizadə, Səidə Quluzadə, Aylin Şərifli, Gülnur Kərimli, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev və Camal Kərim 3 yaş qrupunda keçirilən yarışda mübarizə aparacaq.

Qeyd edək ki, beynəlxalq turnirə mayın 21-də yekun vurulacaq.

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan birinciliyinə start verilib

ASTF rəsmiləri Londonda beynəlxalq tədbirə qatılıblar

Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasının mükafatçısı olublar

Seçilən
29
6
apasport.az

8Mənbələr