AZ

Əkizlər onlara yaza kişini İFŞA ETDİ: Öldürəcəyəm sizi... FOTO

ain.az, Milli.az saytına istinadən bildirir.

Müğənni bacılar Sevil Səfərova və Sevinc Səfərova sosial şəbəkədə aldıqları mesajlarla bağlı paylaşım edərək diqqət çəkiblər.

Milli.Az xəbər verir ki, ifaçılar instaqram hesablarında bir izləyicinin uzun müddətdir onlara göndərdiyi mesajları yayımlayıblar. Bildirilib ki, həmin şəxs illərdir bacılara yazmağa davam edib və mesajların məzmunu zaman keçdikcə dəyişib.

Paylaşımda əvvəlcə sevgi dolu görünən yazıların sonradan fərqli istiqamət aldığını qeyd edən sənətçilər vəziyyətə ironik münasibət bildiriblər.

"Sevgidən nifrətə bir addım var deyirlər, doğrudur. 2024-cü ildən bu yana hələ də davam edir", - deyə paylaşımda qeyd olunub.

Yayılan görüntülər və açıqlama sosial şəbəkə istifadəçiləri arasında maraq və müzakirə yaradıb.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
news.milli.az

2Mənbələr