Məlumata görə, iki şirkət Almaniya Silahlı Qüvvələri üçün nəzərdə tutulan çoxmilyardlı "SPOCK-2" proqramı üzrə tenderdə iştirak etmək məqsədilə birgə müəssisə yaradacaqlarını elan edəcək. Layihə çərçivəsində süni intellekt texnologiyaları ilə təchiz olunmuş müşahidə və kəşfiyyat peyklərindən ibarət şəbəkənin qurulması nəzərdə tutulur. Bu sistem həm də hərbi hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunacaq.
"Helsing" və "OHB"nin planına əsasən, belə peyk şəbəkəsi qarşı tərəfin fəaliyyəti barədə məlumatların operativ şəkildə əldə edilməsinə və xüsusilə NATO-nun şərq cinahında mümkün əməliyyatlara dəstək verilməsinə imkan yaradacaq. Qeyd olunur ki, Almaniya hazırda Litvada Bundesverin daimi tank briqadasını formalaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31