AZ

Bir qram qızıl 60 manat UCUZLAŞDI ŞAD XƏBƏR

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Son aylarla müqayisədə qızıl bazarında qiymət enişi müşahidə edilir. Hazırda qızılın bir qramının qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat daha ucuzdur. 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, alıcılar arasında ən çox maraq Türkiyə istehsalı olan qızıla yönəlib və bu məhsulların bir qramı təxminən 175 manata təklif olunur:

"Eyni zamanda, qızılın alış qiymətində də azalma var. Əvvəllər 170 manata alınan qızıl indi təxminən 130 manata qəbul edilir. Gümüş bazarında da oxşar ucuzlaşma müşahidə olunur".

Məsələ ilə bağlı ekspert Rəşad Həsənov bildirib ki, qiymətli metalların dəyərindəki dəyişikliklərə bir neçə amil təsir edir:

"Bunlara enerji və neft qiymətlərinin artması, inflyasiya səviyyəsinin yüksək qalması, həmçinin dollara olan tələbin yüksəlməsi daxildir". 

Ekspertlərin fikrincə, yaxın dövr üçün qızıl və gümüş bazarında dəqiq qiymət proqnozu vermək çətindir. Çünki bazardakı qeyri-müəyyənlik qiymətlərin gələcəkdə necə dəyişəcəyinə dair gözləntiləri artırır. 

Asya

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
6
news.milli.az

7Mənbələr