AZ

Azərbaycanın ev sahibliyi etdiyi tədbir qlobal əhəmiyyətli platforma kimi dəyərləndirilir

Beynəlxalq tədbirlər müasir dövrdə yalnız diplomatik müzakirə platforması deyil, həm də qlobal siyasi və iqtisadi proseslərin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilib. Xüsusilə COP kimi qlobal forumlardan sonra keçirilən genişmiqyaslı tədbirlər dünya gündəmində xüsusi yer tutur. Azərbaycanda təşkil olunan belə bir beynəlxalq tədbir də yüksək səviyyəli iştirak, geniş coğrafiyadan gələn nümayəndələr və müzakirə olunan aktual mövzularla diqqət çəkir. 

Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, hazırda keçirilən beynəlxalq tədbir təkcə siyasi müzakirələr deyil, həm də qlobal miqyasda mühüm prosesləri özündə birləşdirən geniş platforma rolunu oynayır.

Onun sözlərinə görə, COP çərçivəsindən sonra dünyada keçirilən ən iri və əhatəli tədbirlərdən biri kimi qiymətləndirilən bu forum yüksək səviyyəli iştirakla diqqət çəkir. 

Tədbirdə dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların nümayəndələri və 40 mindən çox iştirakçının yer alması onun qlobal əhəmiyyətini göstərir.

Politoloq qeyd edib ki, Azərbaycan bu kimi platformalarda milli və regional maraqlarını dünya ictimaiyyətinə birbaşa çatdırmaq üçün geniş imkanlar əldə edir və ölkənin mövqeyi beynəlxalq müstəvidə daha aydın şəkildə təqdim olunur.

O əlavə edib ki, son illərdə Azərbaycanın formalaşdırdığı yeni reallıqlar, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri ölkəni şəhərsalma sahəsində də nümunəyə çevirib. Burada “ağıllı şəhər” konsepsiyası, yaşıl enerji və bərpa olunan enerji layihələrinin tətbiqi beynəlxalq nümayəndələr üçün maraqlı təcrübə kimi qiymətləndirilir.

Anar Əliyev vurğulayıb ki, bu tədbir həm də qlobal urbanizasiya proseslərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır və şəhərləşmənin yaratdığı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Seçilən
12
news365.az

1Mənbələr