AZ

Rusiyada sərnişin təyyarəsi meşəyə düşdü

Yakutiyada meşəlik əraziyə An-2 təyyarəsi təcili eniş edib.

Publika.az xəbər verir ki, SHOT-un məlumatına görə, təyyarədə səkkiz nəfər olub.

Təyyarə Tepliy Klyuç kəndindən yola düşüb, lakin havaya qalxdıqdan qısa müddət sonra geri dönüb aerodroma qayıdıb. Uçuş zamanı təyyarə ilə əlaqə qəfildən kəsilib.

Ekipaj daha sonra təyyarənin koordinatlarını ötürüb və meşədə təcili eniş barədə məlumat verib.

Sərnişinlər daha sonra təyyarədən düşərək müstəqil şəkildə Teply Klyuç kəndinə doğru yola düşüblər.

Seçilən
2
6
publika.az

7Mənbələr