Ərəb ölkələrinin 14-ü su kasadlığı ilə üzləşir.
APA xəbər verir ki, bu sözləri Ərəb ölkələri üzrə UN-Habitat nümayəndəsi WUF13 çərçivəsində keçirilən “Dayanıqlı Ərəb Şəhərləri üçün Təbiət Əsaslı Həllər: Yerli Fəaliyyətdən Şəhər Transformasiyasına” sessiyasında bildirib.
O bildirib ki, mövcud münaqişələrə görə, ərəb regionunda gərginlik artıb: “Regionda torpaqların çirklənməsi baş verir. Şəhərlərdə olan infrastruktura təzyiq artır. Region su baxımından stress yaşayır. Kəskin hava şəraiti, ətraf mühitin reqaradasiyası baş verir. Bu ekosistemə risk yaradır. Həmçinin yaşayışa da çətinlik yaradır. Bu təbiətə əsaslanan dayanıqlı həll yollarından istifadə etməyə zərurət yaradır. Bu həm təbiəti qoruyacaq, həm də yaranan risklərin qarşısını alacaq, ekosistemi bərpa edəcək. Bu 2026-2029-cu illər üçün strateji planlmlzın əsas hissəsidir. Yerli icmalarla bu yanaşmaları icra etmək üçün sıx əməkdaşlıq qururuq”.