AZ

UN-Habitat nümayəndəsi: 14 ərəb ölkəsi su kasadlığı ilə üzləşir

14 ərəb ölkəsi su kasadlığı ilə üzləşir.

APA xəbər verir ki, bu sözləri UN-Habitatın Ərəb ölkələri üzrə nümayəndəsi WUF13 çərçivəsində keçirilən “Dayanıqlı Ərəb Şəhərləri üçün Təbiət Əsaslı Həllər: Yerli Fəaliyyətdən Şəhər Transformasiyasına” adlı sessiyada bildirib.

O qeyd edib ki, mövcud münaqişələrə görə, ərəb regionunda gərginlik artıb: “Regionda torpaqların çirklənməsi baş verir. Şəhərlərdə olan infrastruktura təzyiq artır. Region su baxımından stress yaşayır. Kəskin hava şəraiti, ətraf mühitin reqradasiyası baş verir. Bu, ekosistemə risk yaradır. Həmçinin yaşayışa da çətinlik yaradır, təbiətə əsaslanan dayanıqlı həll yollarından istifadə etməyə zərurət yaradır. Bu, həm təbiəti qoruyacaq, həm də yaranan risklərin qarşısını alacaq, ekosistemi bərpa edəcək. Bu, 2026-2029-cu illər üçün strateji planımızın əsas hissəsidir. Yerli icmalarla bu yanaşmaları icra etmək üçün sıx əməkdaşlıq qururuq”.

Seçilən
4
2
apa.az

3Mənbələr