AZ

Tramp İrandan yazılı zəmanət istədi: Tehran təsdiqləməlidir ki...

ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton İrandan nüvə silahı yaratmayacağı ilə bağlı rəsmi yazılı təsdiq gözləyir.

Publika.az xəbər verir ki, Ağ Evdə çıxışı zamanı Tramp deyib ki, hazırda Tehran hakimiyyəti daha çox öz öhdəliklərini rəsmiləşdirməyə çalışır.

ABŞ liderinin sözlərinə görə, İran tərəfi indi diqqətini nüvə proqramından çox, bu məsələ ilə bağlı beynəlxalq təminatların verilməsinə yönəldib.

Xatırladaq ki, mayın 15-də İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını açıqlayıb. O vurğulayıb ki, Tehran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb.

Bundan əvvəl “Fars” agentliyi mənbəyə istinadən İranın ABŞ ilə danışıqları bərpa etmək üçün irəli sürdüyü şərtləri açıqlamışdı.

Seçilən
10
publika.az

1Mənbələr