Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Sumqayıt şəhərində fəaliyyətdə olan 6 nömrəli avtobusdan sərnişinlər narazıdır.Bu barədə sakinlər Bizim.Media-ya şikayət ünvanlayıb.Belə ki, sərnişinlər bu avtobusların axşam saat 20:00-dan sonra çalışmadığını qeyd edir. Bu isə işdən və ya gec saatlarda şəhər daxilində hərəkət edən sərnişinlər üçün əlavə problem yaradır.Sakinlər qeyd edirlər ki, səhər saatlarında da avtobusların hərəkəti stabil deyil. Nəticədə dayanacaqlarda uzun müddət gözləmək məcburiyyəti yaranır və bu vəziyyət gündəlik iş rejiminə mənfi təsir göstərir. Bəzi vətəndaşlar alternativ nəqliyyat vasitəsi kimi taksi xidmətlərindən istifadə etməyə məcbur qaldıqlarını, bunun isə xərcləri xeyli artırdığını bildirirlər.Digər narazılıq isə bu marşrut xətti üzrə hərəkət edən avtobusların kiçiktutumlu olmasıdır. Yəni, sərnişin sayı çox, tutum isə kiçikdir. Bu da öz növbəsində yaranmış tıxacı bir qədər də artırır.Bəs bu avtobus xətti nə zaman yeniləcək? AYNA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən marşrut xəttində 8-9 avtobus 10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir.“Sumqayıt şəhərinin 6 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların fəaliyyəti saat 06:00-dan saat 21:00-dək təyin edilib. Sözügedən marşrut xəttində 8-9 avtobus 10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir. Daşıyıcıya avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıq verilib”.Naibə Məmmədova, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.