AZ

Vahid Hacıyev: "Mənzil siyasətində sosial və iqtisadi amillər ayrılmazdır"

Mənzil siyasətində sosial və iqtisadi amillər bir-birindən ayrılmazdır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.

V.Hacıyev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri tamamilə sıfırdan həyata keçirilir və bu, layihələrin düzgün planlaşdırılmasına imkan yaradır: "Biz hesab edirik ki, mənzil siyasətində sosial və iqtisadi funksiyalar bir-birindən ayrılmamalıdır. Mənzil yalnız sosial hüquq və fiziki sığınacaq deyil, həm də iqtisadi fəaliyyətin hərəkətverici qüvvəsidir. Dayanıqlı inkişaf sosial inklüzivlik olmadan mümkün deyil, eyni zamanda iqtisadi imkanlar yaradılmadan uğurlu məskunlaşma təmin oluna bilməz".

Bildirib ki, postmünaqişə mühitində mənzillə təminat insanların geri dönüşünün ilk görünən əlaməti və ictimai etimadın bərpasının əsasını təşkil edir: "Qarabağda inşa olunan ağıllı şəhər və kəndlərdə həm sosial, həm də iqtisadi inkişaf elementləri nəzərə alınır. Yaşayış məntəqələrində məktəblər, səhiyyə və idman obyektləri yaradılır, evlərin damlarında günəş panelləri quraşdırılır, həmçinin xüsusi velosiped yolları salınır. Dayanıqlı məskunlaşma üçün iqtisadi inkişaf əsas şərtlərdən biridir və bu məqsədlə şəhər və kəndlərin ətrafında azad iqtisadi zonaların yaradılması istiqamətində işlər görülür".

Seçilən
6
missiya.az

1Mənbələr