Bakı, 19 may, AZƏRTAC
Hazırda məskunlaşma dünyanın gündəliyinin vacib mövzusudur. Biz unutmamalıyıq ki, məskunlaşma həm iqtisadi, həm də sosial mövzudur.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Ərazi, Ekologiya və Mənzil Təsərrüfatı nazirliklərində Davamlı Şəhərlər üzrə Nazir Nümayəndəsi və Şəhər Elçisi Yves-Laurent Sapoval Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzilin sosial və iqtisadi gücü. Mənzil hər kəs üçün bərabərlik təmin edərkən rifaha necə təkan verə bilər?” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, qlobal rifah sırf məskunlaşma ilə bağlıdır.
“Dünya əhalisinin aktivlərinin 50 faizi sırf daşınmaz əmlakdadır. Daşınmaz əmlak iqlim dəyişmələrinə məruz qalır. Burada həm də demoqrafiya məsələsi var. Biz inkişafı dayandırmamalıyıq, sosial mənzillərin sayını artırmalıyıq. İşçi qüvvəsi yerdəyişmə üçün yaşamağa yer tapmalıdır. Bu, həm də ölkələrdə tələbə kütləsi üçün vacibdir. Yeni mənzilləri bazara çıxaranda vəziyyət ağırlaşdırıcı olmamalıdır. Bunun üçün mütləq şəkildə innovasiya lazımdır”, - deyə Yves-Laurent Sapoval qeyd edib.
Fotoqraf - Səfiyar Məcnun