AZ

"Şəhərlər də dəyişməli, yenilənməli və uyğunlaşmalıdır" -

"Növbəti 25 il ərzində dünya şəhərlərinə təxminən 2 milyard insan əlavə olunacaq. Bu artım əsasən Afrika və Cənubi Asiyada baş verəcək. Buna görə də əhalinin sürətlə artdığı, böyük şəhərlərin formalaşdığı yerlərlə, şəhər əhalisinin sabit qaldığı və ya azaldığı yerləri fərqləndirmək lazımdır".Metbuat.az xəbər verir ki, bu fikirləri Kolumbiya Universitetinin professoru, Davamlı İnkişaf Mərkəzinin direktoru və BMT-nin Davamlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti Cefri Saks deyib. O qeyd edib ki, təxminən 1,4 milyard olan dünya əhalisinin əsrin ortalarına qədər 2,5 milyarda çatacağı gözlənilir: "Bu çərçivədə mənzil məsələsinə baxmaq lazımdır. Əsas suallar bunlardır: şəhər əhalisi artır, yoxsa yox? Gəlir səviyyəsi necədir? İş imkanları, əhalinin bacarıqları, şəhərlərin planlaşdırılması necə qurulub? Əhali artan şəhərlərdə yeni dizayn və planlaşdırma lazımdır, sabit və ya azalan şəhərlərdə isə mövcud şəhər strukturlarının islahı vacibdir".

Gülbəniz Hüseynli /Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr