AZ

Trampdan qalmaqallı addım: Ağdərili afrikalılar ABŞ-a qaçqın kimi qəbul ediləcək

ABŞ prezidenti Donald Tramp administrasiyası Cənubi Afrikadan olan ağdərili afrikalıların ABŞ-a qaçqın kimi qəbul kvotasını artırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə, 2026-cı maliyyə ili üçün bu kateqoriya üzrə qəbul limiti 17 min 500 nəfərə çatdırıla bilər. Bildirilir ki, Tramp administrasiyası ötən il ümumi qaçqın qəbul limitini 125 mindən 7 min 500 nəfərə endirsə də, əsas diqqəti məhz ağdərili cənubi afrikalılara yönəldib.

Donald Tramp qərarı Cənubi Afrikada “ağ fermerlərə qarşı soyqırımı” həyata keçirilməsi və torpaqların müsadirə olunması ilə bağlı iddialarla əsaslandırıb. Onun sözlərinə görə, ağ fermerlər amansızcasına öldürülür və torpaqları əllərindən alınır.

Lakin Cənubi Afrika hakimiyyəti bu ittihamları qəti şəkildə rədd edib. CNN-in araşdırmasında da ölkədə ağdərililərə qarşı “soyqırımı” ilə bağlı heç bir sübutun olmadığı vurğulanıb.

Cənubi Afrika prezidenti Siril Ramafosa isə Trampın siyasətini “irqçi” adlandırıb. O bildirib ki, ölkədə ağdərililərə qarşı heç bir soyqırımı və ya torpaq zəbt olunması baş vermir.

Seçilən
24
1
publika.az

2Mənbələr