AZ

Mourinyo "Real Madrid"ə qayıdır: Müqavilənin müddəti nə qədərdir?

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyanın "Real Madrid" futbol klubuna yenidən baş məşqçi kimi qayıdır. O, "Kral Klubu" ilə 2 illik müqavilə imzalayacaq.

Poliqon xəbər verir ki, Sky News-un məlumatına görə, Mourinyonun yeni müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq və tərəflər arasında əməkdaşlığın daha 1 il uzadılması imkanı da nəzərdə tutulur. Gözlənilir ki, rəsmi açıqlama bazar günü komandanın "Atletik" (Bilbao) ilə oyundan sonra veriləcək.

Madrid klubunun prezidenti Florentino Peres Mourinyonun ilk dövründən (2010–2013) bəri onun böyük pərəstişkarıdır və tərəflər arasında yaxın münasibətlər qalmaqdadır. Mourinyo hazırda "Benfika"nın (Lissabon) baş məşqçisidir.

Portuqaliyalı mütəxəssis 2012-ci ildə "Real Madrid"lə İspaniya çempionluğunu qazanmışdı. Mourinyo klubda hazırkı baş məşqçi Alvaro Arbeloanı əvəz edəcək. O, Xabi Alonso istefaya göndərildikdən sonra bu vəzifəyə gətirilmişdi.

Mourinyo karyerası ərzində "Porto", "Çelsi", "İnter", "Mançester Yunayted", "Tottenhem", "Fənərbağça" və "Roma" klubları çalışdırıb. Bu il "Real Madrid" UEFA Çempionlar Liqasının 1/4 finalında Münhen "Bavariya"sına məğlub olaraq turnirdən kənarlaşıb. Həmçinin klub La Liqada çempionluq mübarizəsində əsas rəqibi "Barselona"ya uduzub.

Poliqon.info

 

Seçilən
71
38
poliqon.info

10Mənbələr