AZ

Şimali Koreyalı futbolçular Cənubi Koreyada: 7 il sonra bir ilk

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Şimali Koreyanın “Naegohyang” Qadın Futbol Klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinal oyunu üçün Cənubi Koreyaya gəlib.

"Cebheinfo.az" xarici mətbuata istinadla xəbər verir ki, bu, Şimali Koreyalı idmançıların yeddi ildən sonra Cənubi Koreya torpağına ayaq basdığı bir ilkdir.

Məlumata əsasən, ötən gecə Pxenyanqda yerləşən Naegohyang Qadın Futbol Klubunun 39 nəfərlik nümayəndə heyəti Pekindən İnçxon Beynəlxalq Hava Limanına eniş edib.

Komandanın futbolçuları və texniki heyəti hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri və medianın sıx marağı altında avtobuslara yönləndirilib.

Birləşmə tərəfdarı olan qrupların “Xoş gəlmisiniz” şüarlarına baxmayaraq, futbolçuların səssiz və emosiyasız davranışı diqqət çəkib.

Şimali Koreya lideri Kim Çen In son dövrdə iki Koreya arasındakı ayrılığı konstitusiya səviyyəsində daha da gücləndirən addımlar atır. Pxenyan rəhbərliyi yeni raket, hərbi gəmi və sualtı qayıq layihələrini ön plana çıxarır.

Buna baxmayaraq, Cənubi Koreya Prezidenti Li Jae-Myonq iki ölkə arasında gərginliyi azaltmağa yönəlmiş daha yumşaq siyasət yürütməyə çalışır.“Naegohyang” Qadın Futbol Klubu AFC Qadınlar Çempionlar Liqasının yarımfinalında Cənubi Koreyanın “Suwon FC Women” komandası ilə qarşılaşacaq.

Suvon şəhərində keçiriləcək oyun üçün satışa çıxarılan 7 mindən çox biletin qısa müddətdə tükəndiyi bildirilib.Qarşılaşma üçün vətəndaş cəmiyyəti təşkilatlarının yaratdığı “ortaq azarkeş qrupu”nun da təxminən 3 min yer aldığı qeyd olunub.

Şimali Koreya qadın futbolu son illərdə beynəlxalq uğurları ilə diqqət çəkir. Ölkənin 20 yaşadək qadınlardan ibarət milli komandası iki il əvvəl FIFA U-20 Qadınlar Dünya Kubokunun qalibi olmuşdu.

“Naegohyang” heyətində yer alan bəzi futbolçuların da həmin çempion komandada çıxış etdiyi bildirilir. 

Şimali Koreya eyni zamanda U-17 Qadınlar Dünya Kubokunun son iki turnirində də çempion olub.Şimali Koreyalı idmançılar sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyaya səfər etmişdi. 

Həmin dövrdə iki ölkə ortaq stolüstü tennis komandası ilə beynəlxalq turnirdə iştirak etmiş, eyni ildə keçirilən “2018 Winter Olympics” zamanı birgə qadın buz xokkeyi komandası yaradılmışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr