AZ

İstədiyi kimi manevr edən sürücü qaydaları pozub təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 24-də, paytaxtın Lev Landau küçəsində qeydə alınıb. Belə ki, 77-LK-337 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sola dönən zaman manevrin sonunda sağ zolağa keçib. Daha sonra qəfildən sola manevr edərək görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb. Səs siqnalı ilə xəbərdarlıq edildiyini görən sürücü bundan sonra gah sola, gah da sağa manevr edərək qaydaları yenidən pozub.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr