AZ

Bakı-Tbilisi-Bakı qatarında qiymətlər necə olacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz ki, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Ölkə.Az insanları maraqlandıran məsələlərdən biri də qatarların qiymət cədvəlidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qiymət cədvəli yaxın günlərdə açıqlanacaq.

“Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,-  deyə qurumdan bildirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyindən vrilən açıqlamada bununla bağlı razılığın Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunduğu bildirilib.

Billurə Yunus
 

Seçilən
38
1
olke.az

2Mənbələr