AZ

Məscidə silahlı hücum: 5 nəfər öldürüldü

ABŞ-nin California ştatının San Dieqo şəhərində yerləşən San Diego Islamic Center məscidinə silahlı hücum təşkil edilib.

"Cebheinfo.az" xəbər verir ki, yaşı 17 və 19 olan iki nəfər tərəfindən həyata keçirilən hücum nəticəsində 5 nəfər həyatını itirib.

San Diego Polis Department tərəfindən verilən açıqlamada bildirilib ki, ilk məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə təhlükəsizlik qüvvələri göndərilib və təxminən bir saat davam edən əməliyyatdan sonra hücum edən şəxslər zərərsizləşdirilib.

Polis rəsmiləri hücum zamanı məsciddə olan iki mülki şəxsin və bir təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb. Daha sonra yaralanan iki nəfərin də xəstəxanada həyatını itirdiyi bildirilib.

Məsciddə təhsil alan uşaqların təhlükəsiz şəkildə təxliyə edildiyi qeyd olunub. Mənbələr San Dieqo İslam Mərkəzinin şəhərin ən böyük məscidlərindən biri olduğunu bildirib.

Hadisədən sonra ərazi tam nəzarətə götürülüb və Federal Təhqiqat Bürosu (FBI) da araşdırmalara cəlb olunub. Hücumun nifrət cinayəti olub-olmadığı araşdırılır.

Yerli müsəlman icmasının nümayəndələri hadisəni “dəhşətli terror aktı” adlandıraraq ABŞ-də islamofobiya və dini nifrətin artmasından narahat olduqlarını bildiriblər. ABŞ rəsmiləri isə hücumu qınayaraq hadisənin bütün tərəfləri ilə araşdırılacağını açıqlayıb.

Seçilən
29
cebheinfo.az

1Mənbələr