AZ

Yorğunluq deyib keçməyin: Bu, emosional tükənmə ola bilər

Rusiyalı psixoterapevt Anton Qrebenyukov bildirib ki, emosional tükənmə bəzən adi yorğunluq kimi görünə bilər.

Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, onun sözlərinə görə, emosional tükənmənin əsas əlamətləri arasında əsəbilik, davamlı yorğunluq, daxili boşluq hissi, insanlara qarşı laqeydlik, kinayəli yanaşma və empatiyanın azalması yer alır.

Mütəxəssis izah edib ki, əgər istirahət, məzuniyyət və ya fəaliyyət dəyişikliyi bu vəziyyəti aradan qaldırmırsa, bu artıq emosional tükənmənin ilk siqnallarından biri hesab oluna bilər.

Onun sözlərinə görə, bu hal iki həftədən çox davam edir və insanın həyatının bütün sahələrinə təsir göstərirsə, mütləq həkimə müraciət etmək lazımdır.

Həmidə İbrahimova

Seçilən
23
1
olke.az

2Mənbələr