AZ

Muxtar Babayev: “Azərbaycan iqlim dayanıqlı şəhərlər üçün əməkdaşlığa sadiqdir”

Azərbaycan iqlimədavamlı şəhər gələcəyinin formalaşdırılması üçün göstərilən səylərə töhfə verməyə, dialoq və əməkdaşlığı gücləndirməyə sadiq qalır.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin İqlim Məsələləri üzrə Nümayəndəsi Muxtar Babayev WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemləri yalnız rəqəmlərlə ölçülmür, onlar insan həyatını xilas edir:

"Qlobal səviyyədə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, hələ də bir sıra problemlər qalmaqdadır. Bunlara məhdud maliyyə və institusional imkanlar, məlumat boşluqları və kommunikasiya maneələri daxildir. Bu problemlərin həlli hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq tələb edir".

Muxtar Babayev qeyd edib ki, heç bir ölkə dayanıqlılığı təkbaşına qura bilməz:

"Heç bir şəhər təkbaşına uyğunlaşa bilməz. Tərəfdaşlıqlar, elm, texnologiya və beynəlxalq əməkdaşlıq iqlimə davamlı şəhər gələcəyinin formalaşdırılmasında həlledici rol oynayacaq".

Bizim.Media

Seçilən
15
3
bizim.media

4Mənbələr