AZ

Raul İsaqov – Cari mövsümün ən gənc debütantı – ARENA.AZ

“Kəpəz”in yarımmüdafiəçisi Raul İsaqov Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, hücumameyilli yarımmüdafiəçi 32-c turun “Araz-Naxçıvan”la səfər qarşılaşmasında şans qazanıb. O, Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. Raul qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Kəpəz” səfər matçında 0:2 hesabı ilə məğlub olub.

Raul İsaqov “Kəpəz”in öz yetirməsidir. O, Gəncə təmsilçisinin ikinci komandasında forma geyinir. Hücumameyilli yarımmüdafiəçi cari mövsümdə “Kəpəz”in heyətində Azərbaycan Kubokunda da forma geyinib. O, kubokun ikinci təsnifat mərhələsi çərçivəsində “Ağstafa Gəncləri”nə qarşı keçirdikləri görüşdə 35 dəqiqə meydanda olmuşdu.

İsaqov həm də Azərbaycanın U-17 millisinin üzvüdür. 16 yaşlı futbolçu millinin heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
117
5
arena.az

10Mənbələr