AZ

İrlandiya prezidentinin bacısı İsraildə SAXLANILDI

Ajans.az Sky News-a istinadən xəbər verir ki, Dr. Connolly “Sumud” humanitar donanmasına aid gəmilərin birində olub və Kipr sahilləri yaxınlığında İsrail qüvvələri tərəfindən saxlanılıb. O, donanmadakı ən azı altı İrlandiya vətəndaşından biridir. Reuters-in məlumatına əsasən, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda ümumilikdə 28 qayığını ələ keçirib və donanma ilə əlaqənin kəsildiyi bildirilir. İsrail Xarici İşlər Nazirliyi isə donanmanı “təxribat” adlandıraraq, gəmilərdə humanitar yardım daşınmadığını iddia edib. Dr. Connolly isə yayılan video müraciətində donanmada iştirakını belə əsaslandırıb: “Bu donanmanın bir hissəsi olduğum üçün çox qürur duyuram. Biz Qəzzaya humanitar yardım və dərmanların çatdırılması üçün humanitar marşrut açmağa çalışırıq. Bir ana, həkim və insan olaraq bunu dəstəkləmək mənim üçün vacibdir.”

İrlandiya hökuməti isə vəziyyəti izlədiyini və saxlanılan vətəndaşlara konsulluq dəstəyi göstərildiyini açıqlayıb.

Seçilən
24
Ajans.az

1Mənbələr