AZ

Mançester Siti də baş məşqçi dəyişikliyi: Qvardiolanı italiyalı mütəxəssis əvəzləyir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 may, AZƏRTAC

İngiltərənin “Mançester Siti” klubu cari mövsümün sonunda baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat paylaşıb. O bildirib ki, ispaniyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Artıq “şəhərlilər”in yeni baş məşqçisi də bəllidir. Romanonun sözlərinə görə, Qvardiolanı bu vəzifədə Enzo Mareska əvəzləyəcək. “Çelsi”nin sabiq çalışdırıcısı ilə artıq 3 illik müqavilənin bütün detalları razılaşdırılıb.

Qeyd edək ki, Enzo Mareska karyerası ərzində İngiltərənin "Lester", "Vest Hem” və İspaniyanın “Sevilya” klublarında da çalışıb. İtaliyalı mütəxəssis 2022-ci ildən 2023-cü ilə qədər "Mançester Siti"də köməkçi məşqçi vəzifəsini yerinə yetirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr