BAKI, 19 may. TELEQRAF
Altay Bayındır yay transfer pəncərəsində "Mançester Yunayted" klubundan ayrıla bilər.
Teleqraf xəbər verir ki, türkiyəli qapıçının gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir və onun mövsümün sonunda komandadan ayrılması ehtimalı yüksək qiymətləndirilir.
Məlumata görə, "Beşiktaş" futbolçu ilə maraqlanmaqda davam edir. Lakin mümkün transfer klubda baş məşqçi dəyişikliyindən sonra təyin olunacaq yeni çalışdırıcının qərarından asılı olacaq.
Yeni baş məşqçi qapıçı mövqeyi ilə bağlı yekun planını müəyyənləşdirdikdən sonra transfer danışıqlarının taleyi bəlli olacaq.