AZ

Mərakeşli nümayəndə: Şəhərsalma yalnız iqtisadi inkişaf deyil, həm də sosial ədalət məsələsidir

Bakı, 19 may, AZƏRTAC

Kasablanka kimi şəhərlərdə mənzil bərabərsizliyi uzun illər ciddi problem olaraq qalıb. Bəzi ərazilər yoxsulluq, iri gecəqondu massivləri və ağır yaşayış şəraiti ilə tanınıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mərakeşli hüquq məsləhətçisi Bouinzal Nohaila Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.

O vurğulayıb ki, Mərakeş hökuməti son illərdə gecəqonduların azaldılması və yeni yaşayış komplekslərinin tikilməsi istiqamətində mühüm addımlar atıb.

“Bu layihələr bir çox ailələrin daha yaxşı və ləyaqətli həyat şəraitinə çıxışını təmin edib. Lakin görülən işlər hələ kifayət deyil. Məhəllələr arasındakı bərabərsizliyin azaldılması, əlçatan mənzil təminatı və təhlükəsiz yaşayış şəraitinin yaradılması istiqamətində əlavə tədbirlərə ehtiyac var.

Şəhərsalma yalnız müasir binaların tikintisi və iqtisadi inkişaf demək deyil. Bu proses sosial ədalət, bərabərlik və insan ləyaqəti prinsiplərinə əsaslanmalıdır”, – deyə o vurğulayıb.

Fotoqraf - İlkin Cavanşirov

Seçilən
37
2
azertag.az

3Mənbələr