AZ

Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb

Bakı, 19 may, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev, şöbənin əməkdaşları Aqil Mustafayev, Elvin Rüstəmov və Elvin Qarayev tərəfindən Qax rayonunda növbəti monitorinq keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, monitorinq rayonun İlisu və Ləkit kəndlərində, eləcə də həmin kəndlərin ətraf ərazilərində aparılıb. Monitorinqin əsas məqsədi ərazilərdə fəaliyyət göstərən turizm obyektlərinin ətraf mühitə təsirinin, həmçinin ekoloji tarazlığın mövcud vəziyyətinin müəyyən edilməsi olub.

Aparılan müşahidələr nəticəsində turizm obyektlərinin fəaliyyəti zamanı ətraf mühitin qorunub saxlanıldığı, ərazilərin məişət tullantıları və digər çirkləndirici amillərdən mühafizə olunduğu müəyyən edilib.

Həmçinin Kürmükçay ərazisində aparılan monitorinq zamanı çayda suyun səviyyəsinin normal həddə olduğu müşahidə olunub.

Seçilən
18
1
azertag.az

2Mənbələr