AZ

Qurbanlıq heyvanların kəsimi yalnız sanitariya gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 may, AZƏRTAC

Ölkəmizdə mayın 27-28-də müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində əhalinin sağlamlığının qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təhlükəsiz ət məhsulları ilə təminatın təşkili məqsədilə heyvan kəsimi və satışı prosesinə nəzarət gücləndiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, qurbanlıq heyvanların kəsimi yalnız xüsusi ayrılmış, müvafiq infrastrukturla təchiz olunmuş və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə həyata keçirilməlidir. Küçə, yol kənarı və məhəllələrdə qanunsuz və antisanitar şəraitdə aparılan kəsimlər xəstəliklərin yayılmasına şərait yaratdığı üçün yolverilməzdir.

Bayram günlərində icra edilən hər bir kəsim prosesi insan sağlamlığı və ətraf mühitin qorunmasına yönəlməlidir. Müəyyən edilmiş qaydalara əsasən, heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı təşkil edilməli, istifadə olunan bütün alətlər daim dezinfeksiya olunmalıdır. Proses zamanı yaranan tullantılar vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Kəsimi həyata keçirən qəssablar mütləq xüsusi işçi geyimində fəaliyyət göstərməli və müvafiq tibbi yoxlamadan keçməlidirlər.

Bununla yanaşı, ət satışını həyata keçirən məkanlar baytarlıq-sanitariya tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlandığı yerlər xüsusi soyuducu avadanlıqlarla təchiz edilməli və "soyuq zəncir" prinsipi qorunmalıdır. Ət satışı və kəsimi məntəqələrində diri heyvanların satışına yol verilməməlidir.

Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsim fəaliyyətləri həm təhlükəlidir, həm də qanunvericiliyə ziddir. Vətəndaşlardan yalnız rəsmi və icazəli məntəqələrin xidmətlərindən istifadə etmələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
azertag.az

4Mənbələr