AZ

Ruslan Əmircanov: “Canında bir balaca barıt varsa, oynayacaqsan” VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zəngəzur” futbol komandasının futbolçu-məşqçisi Ruslan Əmircanov AFFA Region Liqasında qazanılan çempionluqdan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, finalda “Marafon”u 2:1 hesabı ilə məğlub edən “Zəngəzur” turnirin qalibi adını qazanıb. Bununla da komanda növbəti mövsümdə İkinci Liqada iştirak hüququ əldə edib.

41 yaşlı Ruslan Əmircanov çempionluğun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, yaş amilinin meydanda qalmaq üçün maneə olmadığını deyib:

“Əslində, 41 yaşdır. Kriştianu Ronaldu da bu yaşda oynayır, 85 təvəllüddür. Əgər canında bir balaca barıt varsa, oynayacaqsan. Elə oyunçular var ki, karyerasını bitirdikdən sonra meydandan kənarda qala bilir. Amma şükür Allaha ki, özümü tam formada saxlaya bilmişəm, daim məşqlərdəyəm”.

Təcrübəli futbolçu “Zəngəzur”dan aldığı dəvəti tərəddüdsüz qəbul etdiyini vurğulayıb:

“Ona görə də “Zəngəzur” komandasından həm futbolçu, həm də məşqçi kimi kömək dəvəti gələndə canla-başla razılaşdım. Çox şükür ki, gəldim, gəldiyimə də sevinirəm. Bu ağır marafonda, ağır yolda çempion olmağımız sevindiricidir”.

Əmircanov uğuru komandaya inanan hər kəsə həsr etdiklərini bildirib:

“Bizə inanan hər kəsə təşəkkür edirəm. Bu kuboku və medalı evdə bizdən gözləyən ailəmizə, doğmalarımıza həsr edirik”.

Qeyd edək ki, Region Liqasında bürünc medallara “Şəfəq”i 4:1 hesabı ilə məğlub edən “Biləsuvar” komandası sahib çıxıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr