AZ

Həcc günlərində temperatur 47 dərəcə olacaq

Həcc

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Builki Həcc mövsümündə Məkkə və müqəddəs məkanlarda havanın temperaturunun çox isti olacağı proqnozlaşdırılır.Ulusum.az xəbər verir ki, bu, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzinin bəyanatında əks olunub.Mərkəzin icraçı direktoru Əymən Qulam bildirib ki, mayın 25-dək havanın əsasən açıq və qismən buludlu olacağı, gün ərzində tozla və qumla müşayiət olunan küləklərin əsəcəyi gözlənilir.Onun sözlərinə görə, bu müddətdə havanın maksimal temperaturu 44-47 dərəcə selsi, minimal temperaturu isə 28-31 dərəcə selsi arasında dəyişəcək. Bildirilib ki, 26-30 may tarixlərində də isti hava şəraiti davam edəcək, səmada açıq və qismən buludlu hava üstünlük təşkil edəcək. Həmçinin gün ərzində toz və qum fırtınalarının yaranma ehtimalı qalacaq.Bununla yanaşı, diqqətə çatdırılıb ki, Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi Həcc mövsümünə müasir texnologiyalara və peşəkar milli kadrlara əsaslanan inteqrasiya olunmuş əməliyyat sistemi ilə tam hazırdır. Bu sistem zəvvarlara xidmət göstərən aidiyyəti qurumların fəaliyyətinə dəstək vermək, həmçinin meteoroloji hadisələrin monitorinqi və təhlilinin dəqiqliyini artırmaq məqsədi daşıyır.Bununla yanaşı, mərkəz zəvvarlar və aidiyyəti qurumlar üçün hava proqnozları və maarifləndirici məlumatların müxtəlif dillərdə yayılması məqsədilə “Media və Rəqəmsal Kommunikasiya Mərkəzi”ni istifadəyə verib. Məlumatların 15 media və rəqəmsal platforma vasitəsilə, süni intellekt texnologiyaları və müasir çəkiliş vasitələrindən istifadə edilməklə çatdırıldığı bildirilib.

Diqqət Çəkənlər

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Seçilən
3
3
ulusum.az

5Mənbələr