AZ

Noa Lanq “Qalatasaray”ı tərk etdi – ARENA.AZ

“Qalatasaray”ın qış transfer dövründə İtaliyanın “Napoli” klubundan icarəyə götürdüyü niderlandlı futbolçu Noa Lanq Türkiyə nəhəngindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barəfə 26 yaşlı vinger sosial şəbəkə hesabında paylaşım edib.

O, mesajında “Qalatasaray” azarkeşləri ilə vidalaşıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu yarım mövsüm ərzində “Qalatasaray” forması ilə 19 oyuna çıxıb. O, bu matçlarda 2 qol vurub və 3 məhsuldar ötürmə edib. Lanq İstanbul nəhəngi ilə Türkiyə çempionu olub.

“Ayaks” və “Feyenoord”un yetirməsi olan Noa Lanq vaxilə “Beşiktaş”ın da aşağı yaş qrupları üzrə komandalarında oynayıb. O, peşəkar karyerası ərzində “Ayaks”, “Tvente”, “Brügge”, PSV kimi klublarda çıxış edib. Lanq “Napoli”yə 2025-ci ilin yayında 25 milyon avro müqabilində keçib. 26 yaşlı niderlandlı sol vinger Neapol təmsilçisinin heyətində 27 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu 2021-ci ildə əsas millidə debüt edib. O, Niderland yığmasında 15 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
81
5
arena.az

10Mənbələr