AZ

Azərbaycanın uğurlu enerji diplomatiyası

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Son illər Azərbaycanın qlobal enerji bazarında strateji əhəmiyyəti artıb. 

Bunun səbəbi ölkəmizin məhsuldar enerji ehtiyatlarına malik olması və eyni zamanda özünü etibarlı tərəfdaş kimi tanıtmasıdır.” 

Bu sözləri iqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az” – a açıqlamasında Azərbaycanın qlobal enerji bazarında artan rolunu şərh edərkən bildirib. Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyi məsələsi aktuallaşandan sonra Azərbaycanın rolu ön plana çıxıb:

“Düzdür, Azərbaycan Avropanın enerji tələbatının 2.4%-ni ödəyir, amma özünü etibarlı tərəfdaş kimi göstərməyi bacarıb. Azərbaycan yalnız neft-qaz ehtiyatlarını hasil etməklə kifayətlənmir, həmçinin enerji resurslarının beynəlxalq bazara təhlükəsiz şəkildə çatdırılması üçün mühüm enerji layihələri həyata keçirən ölkədir. 

Cənub Qaz Dəhlizi – Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kəmərləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin geostrateji əhəmiyyətini artırıb. Bu layihələr sayəsində Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də regionda enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Bu baxımdan, son dönəmdə Azərbaycanın enerji siyasətində həyata keçirilən funksiyalar önəmlidir". 

A.İbrahimov Azərbaycanda reallaşdırılan alternativ enerji layihələrin əhəmiyyətinə də toxunub: 

“Ən mühüm məqam alternativ və yaşıl enerji sahəsinə marağın artmasıdır Bu istiqamətdə də müəyyən infrastruktur layihələri həyata keçirilir. Günəş və külək enerjisi layihələrinə böyük investisiya yatırılır. 

Bu, yaxın gələcəkdə Azərbaycanın yaşıl enerji ixracatında da etibarlı tərəfdaş kimi tanınmasına imkan yarada bilər”. Ekspert onu da vurğulayıb ki, Azərbaycanın öz enerji siyasətində balanslı yanaşma yürütməsi tərəfdaşların xüsusi diqqətini çəkib: 

“Azərbaycan həm Şərq, həm də Qərblə əməkdaşlıq edir və hər iki istiqamətdə bazarlara çıxış imkanlarını genişləndirir. Öz enerji diplomatiyasını daha da möhkəmləndirir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artmasında xüsusi əhəmiyyət kəsb edir. 

Neft ölkəsi olan Suriyaya qaz ixrac etməyimiz də belə addımlardan biridir. Xüsusilə olaraq bir məqamı da vurğulayım ki, dünyada hazırki iqtisadi-siyasi proseslər fonunda müəyyən əlverişli və münasib imkanlar yaranıbdır. Bu imkanlardan istifadə etməliyik. 

Enerji gəlirlərinin düzgün paylanılması və qeyri-neft sektorun inkişafına investisiyaların yatırılması vacib amillərdən biridir. İqtisadiyyatın şxaləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək".

Yunis Abdullayev

“Cebheinfo.az”

Açar sözlər:

enerji bazarı Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
cebheinfo.az

2Mənbələr