AZ

WUF13-də Bakının dayanıqlı şəhər modeli müzakirə olunub

WUF13-də

İlhamə

Müəllif

İlhamə Vəliqızı

WUF13 çərçivəsində mayın 19-da “Yaşıl, dayanıqlı və inklüziv bərpaya doğru: Azərbaycanda Dayanıqlı Şəhərlər üzrə İcra Çərçivəsinin tətbiqi” mövzusunda tədbir keçirilib.Ulusum.az xəbər verir ki, tədbir Bakının şəhərsalma və mənzil siyasəti kontekstində dayanıqlılıq və inklüzivlik prinsiplərinin tətbiqi, mövcud planlaşdırma yanaşmalarının təkmilləşdirilməsi və daha çevik idarəetmə modellərinə keçid imkanlarına həsr olunub.ADA Universitetinin dosenti Anar Vəliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə əsas müzakirə sualı "Bakının mənzil və planlaşdırma sistemi dayanıqlılığa və inklüzivliyə nail olmaq üçün daha mərkəzləşdirilməmiş yanaşma tələb edir"? olub.Anar Vəliyev çıxışında şəhər planlaşdırmasında qlobal çağırışların artdığını, xüsusilə sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişikliklərinin şəhərlərin inkişaf strategiyalarına birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, müasir şəhər idarəçiliyi yalnız infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial ədalət, əlçatanlıq və inklüzivlik kimi prinsipləri də özündə birləşdirməlidir.O qeyd edib ki, Bakı kimi sürətlə inkişaf edən şəhərlərdə mənzil təminatı və planlaşdırma sistemləri daha balanslı və çevik mexanizmlər üzərində qurulmalıdır. O, xüsusilə mərkəzləşdirilmiş idarəetmə modelinin bəzi hallarda qərarvermə prosesini ləngidə biləcəyini, bu səbəbdən daha çox yerli iştirakçılığa əsaslanan, çoxsəviyyəli və koordinasiyalı yanaşmanın əhəmiyyətini vurğulayıb.Çıxışda, həmçinin şəhər inkişafının yalnız fiziki tikinti və infrastruktur layihələri ilə deyil, sosial inteqrasiya, yaşayış keyfiyyəti və ictimai məkanların əlçatanlığı ilə ölçülməli olduğu diqqətə çatdırılıb. Dosent bildirib ki, dayanıqlı şəhər modeli üçün dövlət, özəl sektor və akademik mühit arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.Sual-cavab formatında davam edən müzakirələrdə iştirakçılar Bakının mövcud şəhərsalma yanaşmalarını təhlil edərək, daha dayanıqlı şəhər modelinə keçid üçün mümkün islahat istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Xüsusilə mənzil siyasətində inklüziv yanaşmaların genişləndirilməsi, şəhər periferiyalarının inkişafı və ictimai xidmətlərin bərabər paylanması kimi məsələlər ön plana çıxıb.

Diqqət Çəkənlər

Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım edib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib Prezident İlham Əliyev çıxış edib

Anar Quliyev: Azərbaycan üçün WUF13-ün təşkili böyük şərəf və məsuliyyətdir

Seçilən
33
3
ulusum.az

4Mənbələr