
"Atlas" komandası peşəkar inkişaf və texniki biliklərin artırılması istiqamətində fəaliyyətini davam etdirir.
AFN.az xəbər verir ki, şirkətin mühəndis heyəti aparıcı Avropa istehsalçıları tərəfindən təşkil olunan beynəlxalq təlim proqramlarında iştirak edərək bilik və bacarıqlarını daha da təkmilləşdirib.
"Epiroc" şirkətinin Ankaradakı regional ofisində "Atlas" şirkətinin elektromexaniki Elşad Amanov və mexaniki Murad Səmədov bir həftəlik ixtisasartırma təlimində iştirak edib. Sənaye avadanlıqlarının istismarı və servisi sahəsində texniki biliklərin möhkəmləndirilməsi məqsədilə təşkil olunan təlim “Təməl hidravlika” və “Təməl elektrik” mövzularını əhatə edib.
Eyni zamanda "Atlas Copco" şirkətinin İstanbuldakı regional ofisində təşkil olunan bir həftəlik təlim proqramını "Atlas"ın elektronika mühəndisi Pünhan Ağayev uğurla tamamlayıb. Təlim çərçivəsində MK4-MK5 Controller sistemləri, IPM Motor texnologiyası, Atlas Copco Chiller avadanlıqları, Neos – Yaskawa inverterləri, eləcə də Optimizer və Gateway həlləri üzrə geniş nəzəri və praktiki biliklər təqdim olunub.
Bu cür beynəlxalq təlim proqramlarında iştirak müştərilərə daha keyfiyyətli servis xidməti göstərmək, müasir texnologiyalara operativ uyğunlaşmaq və sənaye sahəsində qabaqcıl təcrübələri Azərbaycanda tətbiq etmək "Atlas" şirkətinin strategiyasının mühüm tərkib hissəsidir.
"Atlas" gələcəkdə də əməkdaşlarının peşəkar inkişafını prioritet istiqamət kimi saxlayaraq beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı genişləndirməyi planlayır.