Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.
Yenicag.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, Belarus parlamentinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Azərbaycanda sadəcə, rəsmi səfərdə deyil:
“O, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Belarus üzrə nümayəndəsidir. Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. İki ölkənin dövlət başçıları arasındakı dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır”.