Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Maldiv adalarında mağara kəşfi zamanı həyatını itirən İtalyan turistlərin cəsədləri tapılıb. İtaliya Xarici İşlər Nazirliyi dalış zamanı ölən vətəndaşlarının nəşlərinin tapıldığını açıqlayıb.Demokrat.az xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, 14 may tarixində Maldivdə yerləşən mərcan adasındakı sualtı mağaraya dalış edən 5 İtaliya vətəndaşından itkin düşən 4 nəfərin cəsədi aşkarlanıb. İlk mərhələdə yalnız Canluca Benedettinin cəsədi sudan çıxarılmışdı.Axtarışlara qatılan Maldiv ordusuna məxsus bir dalğıcın da həyatını itirməsindən sonra əməliyyatlar müvəqqəti dayandırılmışdı.Hadisənin baş verdiyi ərazi Alimatha adası kimi qeyd olunur. 60 metr dərinlikdəki sualtı mağaraya enən dalğıcların çıxış yolunu itirməsi və ya oksigen zəhərlənməsi səbəbilə həyatlarını itirmiş ola biləcəkləri ehtimal edilir.İtalyan mətbuatında yayılan məlumatlara görə, dalğıcların Maldivdə icazə verilən 30 metrlik dərinlik həddini aşaraq 50 metrdən də aşağı enməsi araşdırılır.İtaliyanın Cenova Universitetindən professor Monica Montefalkon, onun qızı Corcia Sommakal, tədqiqatçılar Muriel Oddenino və Federiko Qualtieri hadisədə həyatını itirənlər arasında yer alır.Axtarış-xilasetmə əməliyyatları 15 mayda əlverişsiz hava şəraiti səbəbilə dayandırılmış, 16 mayda isə yenidən başladılmışdı. Hadisə ilə bağlı həm İtaliyada, həm də Maldivdə paralel araşdırmalar aparılır.Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.