AZ

Rüstəm Orucov: Azərbaycanın enerji infrastrukturu istehsal baxımından rahat vəziyyətdədir

Şəhər inkişafı və ya urbanizasiya etibarlı enerji mənbələri olmadan mümkün deyil.

APA-Economics” xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycan enerji sisteminin rəqəmsal idarəetmə arxitekturası” tədbirində “Azərenerji” ASC-nin sədr müavini Rüstəm Qasımov deyib.

O qeyd edib ki, "Azərenerji" elektrik enerjisinin istehsalına, ötürülməsinə cavabdehdir: “Burada iştirak edən həmkarım isə paylanma sahəsinə cavabdehdir. Dayanıqlı inkişafı təmin etmək üçün bu, çox mürəkkəb və genişmiqyaslı işdir. Hazırda Azərbaycanın enerji infrastrukturu istehsal baxımından kifayət qədər rahat vəziyyətdədir. Lakin 2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşəcəyik. Bu isə indidən bir sıra addımların atılmasını tələb edir. Azərbaycanın yeni rəqəmsal infrastrukturu, xüsusilə süni intellekt texnologiyalarının inkişafı baxımından çox böyük enerji tələb edir. Süni intellekt sahəsinin inkişafı üçün əsas şərt etibarlı, dayanıqlı enerji təminatıdır. Əgər hazırkı vəziyyət davam etsə, 2031-ci ilə qədər bütün tələbatı ödəməkdə enerji defisiti ilə qarşılaşa bilərik. Buna görə də 525 meqavatlıq qaz-turbin elektrik stansiyası vasitəsilə ənənəvi enerji istehsalını artırmağı planlaşdırırıq. 2028–2030-cu illər üçün əlavə enerji istehsal gücü yaradılması və 2040 perspektivində təxminən 4 min meqavat yeni istilik enerjisi gücünün formalaşdırılması nəzərdə tutulur”.

Seçilən
26
2
apa.az

3Mənbələr