"Football-plus.az" xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının yeni baş məşqçisi, serbiyalı mütəxəssis Lazar Spasiç deyib. O bildirib ki, əsas məqsədi Avropada tanınan sistem qurmaqdı:
“Gələcəkdə birlikdə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəm. Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı. Birlikdə böyük işlər görəcəyimizə inanıram”.
33 yaşlı mütəxəssis “Sabah”la üç illik müqavilə imzalayıb.